Bazar , Sentyabr 6 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal mühəndis Nasir Xülusi azadlığa buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dünən fevral ayının 15-də azərbaycanlı milli-mədəni fəal mühəndis Nasir Xülusi 4 ay həbsdən sonra Təbriz zindanından azadlığa buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal 2017-ci il oktyabr ayının 30-da 6 aylıq həbs cəzasını çəkmək üçün irqçi fars rejiminin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq zindana salınmışdır. Fəal 2017-ci il iyun ayının 28-də irqçi fars rejiminin Urmiyada  yerləşən məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilmişdi.

Mühəndis Nasir Xülusi yalan ittihamlar, o cümlədən sistemin əleyhinə təbliğdə və milli təhlükəsizliyi pozmağa cəhddə günahlandırılmışdır. Lakin fəal irəli sürülən yalan ittihamları rədd etmişdir.

Azərbaycanlı milli-mədəni fəal 2017-ci il yanvar ayının 23-də Təbrizdən Urmiyaya gedərkən yaxalanmışdır.

Həmçinin yoxlayın

CENTCOM sözçüsü: Hörmüz boğazından 1 600 ticarət gəmisinin və 800 milyon barrel neftin keçməsinə kömək etmişik

GADTB: “New York Times” yazıb ki, müharibənin başlamasından altı aydan çox vaxt keçməsinə baxmayaraq, İranın …

Müctəba Xameneinin Londonda iki lüks mənzili satışa çıxarılıb

GADTB: Londonun “Sunday Times” qəzeti yazıb ki, Londonun Kensinqton sarayına baxan və Müctəba Xameneinin iki …

Bir cavab yazın