Bazar , Oktyabr 2 2022
azfa

Azərbaycanlı öyrənci Əli Həmzəzadə Türkiyədə Urmiya gölü ilə bağlı velosipedlə yürüş keçirib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə təhsil alan Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan Əli Həmzəzadə Urmiya qurudulmas;na və gölündə baş verən ekoloji fəlakətə diqqət yönəltmək üçün velosipedlə yürüş keçirib.

Azərbaycanlı fəal bu məqsədlə Aralıq dəniz sahilində 130 kilometr məsafəni velospedlə qət edib.

Türkiyədə hüquq fakültəsinin öyrəncisi olan Həmzəzadə velosipedlə keçdiyi yollarda plakatlar açaraq Türkiyə əhalisini Urmiya gölünün qurumasının acı nəticələri barədə məlumat verməyə çalışıb.

Həmzəzadə plakatlarda İran hökumətinin ekoloji problemə laqeydliyini, Urmiya gölünün bərpası üçün aksiya keçirənlərə qarşı təzyiq göstərdiyini əks etdirən şüarlar yazaraq əhaliyə nümayiş etdirib.

Azərbaycanlı öyrəncinin plakatlarında “Urmiya gölünü qurtarın, “Urmiya gölü ölsə biz də öləcəyik”, “İran hökuməti Urmiya gölünün qurudulmasına görə məsuliyyət daşıyır”, “Urmiya gölü quruyarsa milyonlarla insanın həyatı təhlükəyə düşəcək” və başqa şuarlar əks olunub.

Türkiyədə təhsil alan müxtəlif ölkələrdən bir neçə başqa öyrənci əllərində plakatlar qaldıraraq Urmiya gölü ilə bağlı ekoloji fəlakət barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, azərbaycanlı öyrənci bundan öncə də belə simvolik təşəbbüslə Güney Azərbaycanda ana dili və mədəni hüquqlar diqqət çəkmək üçün başlatdığı velosiped yürüşü keçirmişdir.

 Əli Həmzəzadə keçən il 21 iyul tarixində “özgürlük yolçusu” adı altında Antalyadan Qarabağa doğru velosipedlə yürüşı başlamışdı.

Güney Azərbaycanın Əhər şəhərindən olan azərbaycanlı gənc velosipedçi, yürüş boyu Azərbaycanın, Türkiyənin və  Güney Azərbaycanın Traxtur komandasının bayraqlarını daşıyırdı.

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta dövlət rəsmilərilə birgə Avstraliya İslam Birliyi Federasiyasının tədbirinə qatıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk …

Təbriz etirazçılar milli şüarlar səsləndirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər tezdən Güney Azərbaycanın Təbriz, Zəncan, …