Cümə axşamı , İyun 18 2026
azfa

Azərbaycanlı öyrənci İranda qadınların azad olmaması təhsilinə mane olduğunu deyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Güney Azərbaycandan olan öyrənci Şəhrzad Xudayifər musiqi sahəsində İranda qadın səsinə qoyulan qadağanınonun  təhsilini davam etdirməsinə mane olduğunu deyib.

Anadolu Xəbər Agentliyi ilə müsahibədə o İranda qadınlara qarşı ayrıseçkilikdən, qadın haqları və azadlıqlarından, Türkiyədə səənət mühiti mövzularından danışıb.

Şəhrzad Xudayifər hazırda Türkiyənin Başkənt Özəl Universitəsində opera üzrə təhsil alır.

Təbrizli gənc musiqiçi müsahibəsində deyib: “Operada qadınla kişi yanaşı ifa etməlidir. Qadınların oxumasına və qadın müsiqiçilərin ifasına qoyulan məhdudiyyətlər isə bunun icrasını və xanımların bu sahədə təhsil almalarını imkansız edir. Eyni zamanda lazim olan səviyyədə tanıtım və təlim aparılmadığı üçün xalqında bu sahədən normal anlayışı yoxdur ”.

Həmçinin yoxlayın

Molla rejimi məşhur türkmən futbolçunun “Porsche”si müsadirə edib

GADTB: Dünən Kerman şəhər polisi türkmən futbolçu Sərdar Azmunun aktivləri siyahısında yer alan lüks Porsche …

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail …