Azərbaycanlı sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdən olan azərbaycanlı sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb.

Azərbaycanlı sənətçilərin hazırladığı “Su=Həyat” animasiya filmi Amerikada keçirilən Dünya su filmləri festivalında ən yaxşı animasiya mükafatına layiq görülüb.

Mükafata layiq görülən filmin rejissoru Məhəmməd Zare, prodüseri Əkrəm Xoşvəqt, ssenari müəllifi isə Rəna Vaizidir.

Festival Nyu Yorkdakı Kolumbiya Universitetində Birləşmiş Millətlər Təşkilatının nümayəndələri və ətraf mühit üzrə ekspertlərin iştirakı ilə keçirilib.

Azərbaycanlı rejissor Məhəmməd Zare festivalın tamaşaçıları qarşısında qısa çıxışında Urmiya gölünün ağır vəziyyətindən, bu ekoloji böhrana diqqət yetirilməsinin zəruriliyindən və suyun həyati əhəmiyyətindən danışıb.

Qeyd edək ki, Təbriz şəhərində stop-motion texnikası ilə hazırlanan bu əsərin prodüserləri arasında Fərşad İbrahimi və Sepide Lütfi də var.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …