Azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin evindən oğurluq ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin Culfa şəhərində yerləşən evindən oğurluq ediblər.

İran rejiminin ETTELAAT məmurları olduğu güman edilən oğrular azərbaycanlı siyasi məhbusa məxsus şəxsi əşyalar, o cümlədən mobil telefon, laptop, tar, televizor və digər əşyaları aparıblar.

Əlirza Fərşi oğrularla bağlı qəti fikir bildirməsə də, fəala yaxın olan şəxslər bunun İran rejiminin ETEELAT məmurları tərəfindən edildiyini bildirirlər.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi yanvarın 9-da Tehranın “Fəşafuyə” zindanından 600 milyon tümənlik girov qarşılığında 18 günlük tibbi müalicəyə buraxılıb.

Bundan öncə məhkəmə sistemi məsullarına müalicəsi üçün tibbi məzuniyyət verilməsi üçün yazılı və açıq məktubla müraciət edən Əlirza Fərşi göz əməliyyatına ehtiyacını olduğunu, ikinci dərəcəli şəkər xəstəliyindən və yüksək qan təziyiqindən əziyyət çəkdiyini bildirmişdi.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi. Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Axios: Putin İranı uranı zənginləşdirmədən nüvə sazişi bağlamağa çağırıb

GADTB: Rusiya prezidenti Vladimir Putin İranı uranı yüksək dərəcədə zənginləşdirmədən ABŞ iləyeni nüvə sazişi bağlamağa …

Tehranda Ali Milli Təhlükəsizlik Şurasının iclasına raket hücumu və rəsmilərin təcili çıxışdan qaçmasına etiraf

GADTB: Molla rejimin terorçu SEPAH-ına bağlı Fars Xəbər Agentliyi xəbər verib ki, iyunun 16-da səhər …