Şənbə , May 30 2026
azfa

Azərbaycanlı siyasi məhbus Səccad Şəhiri azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərindən olan azərbaycanlı siyasi məhbus Səccad Şəhiri mayın 25-də Sulduz zindanından azadlığa buraxılıb.

Fəal İran Məhkəmə Sisteminin 6 aydan az məhkumluğu olanlar barədə yeni sərəncamına uyğun olaraq azadlığa buraxılıb.

Qeyd edək ki, Səccad Şəhiri aprelin 3-də məhkəmə qərarlarının icrası şöbəsinə müraciət etdikdən sonra 6 aylıq həbs cəzasını çəkmək üçün Sulduz şəhərində rejimin zindanına köçürülmüşdü.

Azərbaycanlı fəal 2020-ci il yanvar ayının 16-da İranın ETTELAAT agentləri tərəfindən Sulduz şəhərində yaxalanaraq dindirilmək üçün ETTELAAT-ın Təbrizdəki təcridxanasına köçürülmüşdü.

Fəal həmin ilin mart ayının 2-də ETTELAAT-ın təcridxanasından Təbriz şəhərinin mərkəzi zindanına köçürülüb və 500 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …