Azərbaycanlı vəkil: Təbrizdəki kütləvi etirazlarda 1700 nəfər həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı hüquqşünas və vəkil Sina Yusifi Təbrizdə keçirilən son etiraz aksiyalarında 1700 nəfərin həbs edildiyi barədə məlumat paylaşıb.

Sina Yusifi öz “Twitter” hesabında bununla bağlı yazıb: “Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyası son etiraz aksiyalarında yaxalananlara hüquqi dəstək göstərmək üçün “Müdafiə Komitəsi” yaradıb. Təbrizdə 1700-dən çox şəxsin həbs edildiyi bildirilir.

Qeyd edək ki, Güney Azərbaycanın Təbriz başda olmaqla, Ərdəbil, Urmiya Məlik Kəndi, Mərənd, Xiyav, Kərəc, Tehran, Qəzvin, Ərak və s. şəhərlərində irqçi fars-molla rej9iminə qarşı kütləvi etirazlarda minlərlə azərbaycanlı fəal rejim tərəfindən yaxalanıb.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …