Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Azərbaycanlı fəal Cəfər Rüstəmirad Evin Məhkəməsinin VII şöbəsində çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad Evin Məhkəməsinin VII şöbəsində çağrıldı. Fəala bununla bağlı bildiriş gəlib və o 5 gün müddətinə Evin Məhkəməsində aidiyyəti şöhbəyə müraciət etməlidir.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad Babək Qalası Qurultayı ilə əlaqədar iyul ayının 2-də irqçi və işğalçı fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı. Fəal bir müddət Evin zindanının 209-cu korpusunun təkadamlıq kamerasında, sonra isə həbsxananın 4-cü ümumi korpusunda saxlanılıb və işgəncəyə məruz qalmışdı.

Babək Qalası Qurultayı zamanı rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan azərbaycanlı fəala buraxılması üçün Evin Prokurorluğunun 7-ci şöbəsi iki əmək haqqı qəbzi və 400 milyon riallıq mülki vəsiqə qərarı çıxarmışdı.

Azərbaycanlı fəal yallan ittihamlarla şərlənib. Yaxalandığı ilk günlərdə “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək”də günahlandırılan fəalın ittihamı “sistemin əleyhinə təbliğat aparmaq”la dəyişdirilmişdi.

Oiyul ayının 31-də azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad mülki vəsiqə qarşılığında Evin zindanından zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın