Bazar , Oktyabr 25 2026
azfa

ABŞ Avropa Birliyinin İran adlanan ölkəyə yardımına sərt reaksiya verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın İran üzrə nümayəndə heyəti Avropa Birliyinin İrana 18 milyon avroluq maliyyə dəstəyi göstərmək istəyini sərt tənqid edib.

Onlar bu addımı “yanlış zamanda verilən yanlış mesaj” kimi qiymətləndirib.

Bundan əlavə, Vaşinqton İrana basqıları artırmasını da Brüsselə tövsiyə edib.

İran xalqının içində olduğu iqtisadi böhranın Avropa Birliyinin və Amerikanın ortaq dəstəyi ilə həll oluna biləcəyi mesajını verən amerikalı diplomat Brayan Huk “İran xalqı hökumətin sui-istifadəsi, terrora dəstəyi və yanlış idarə kimi ciddi iqtisadi təzyiqlərlə qarşı-qarşıyadır. Ayətullahın əlində maddi qaynağın olması AB və bütün dünyaya daha çox sui-qəsd etməsi anlamına gəlir”, – deyə bildirib.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal Salar Tahir Əfşarın ikinci doğum günü həbsdə – Mübariz fəalın ailəsindən duyğusal məktub

GADTB: Azərbaycanlı milli fəal Salar Tahir Əfşar ikinci ildir ki, doğum gününü Evin həbsxanasında keçirir. …

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Bir cavab yazın