Cümə , İyun 28 2024
azfa

Azərbaycanlı fəalların məhkəmə işi Təbrizdə Məhkəməyə göndərildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları Davud Şiri, Cavad Əhmədzadə, Hüseyn Amani Nadarlı və Əlirza Sabiriyə açılan məhkəmə iş Təbrizdərejimin İnqilab Məhkəməsinə göndərilib.

Təbrizin rejimin 2 saylı Cinayət Məhkəməsi fəallara qarşı irəli sürülən ittihamlarla bağlı aparılan araşdırmaları səriştəsiz hesab etdiyi 120 saylı bölmədən sözügedən məhkəməyə göndərilməsinə qərar verib.

Qeyd edək ki, azərbaycanlı milli fəallar daha öncə terror təşkilatı olan Sepah-ın ETTELAAT bölməsi tərəfindən həbs ediliblər və bir aydan sonra vəsiqə qarşılığında  zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

Fərzanə Qarahəsənli əməliyyatdan sonra ağır vəziyyətdə yenidən zindana aparılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın K\ərəc sakini olan siyasi məhbus Fərzanə …

Sayın Mikayil bəy Oytanın İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması zərurəti barədə Penni Vonqa məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …