Şənbə , Aprel 27 2024
azfa

Azərbaycanlı idmançı zəlzələ bölgəsinə yardım üçün qazandığı medalı satır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünya və Asiya Olimpiya oyunlarının taekvondo üzrə çempionu Yusif Kərəmi Afinadakı Olimpiyadada qazandığı medalını Şərqi Azərbaycan vilayətində baş verən zəlzələdən zərərçəkənlərə yardım üçün satışa çıxarıb

Güney Azərbaycanın Miyana şəhərindən olan idmançı 2004-ci il Afina Olimpiadasında üçünçü yeri tutaraq bürünc medalı qazanıb. O medalını təbii fəlakətdən zərərçəkənlərə bağışlamaq məqsədi ilə hərraca çıxarıb.

Şərqi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi Əyyub Behtac bu barədə “Mehr” xəbər agentliyinə danışaraq medalla maraqlanan insanları, xüsusi ilə də xeyriyyəçiləri hərracda iştirak etməyə çağırıb.

O deyib: “Bu idmançı əldə etdiyi ən dəyərli medalını təbii fəalakətdən zərərçəkənlərə bağışlayır. O bununla fəxr edib, başını uca tuta bilər. Xeyriyyəçilər, yatırımçılar və bu xeyrxah işdə iştirak etmək istəyən bütün insanlardan istəyirəm ki, hərraca qatılıb bu işə öz töhvələrini verməklə, insanlığın medalını fəxrlə boyunlarından assınlar”.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın