Cümə axşamı , Oktyabr 29 2026
azfa

Azərbaycanlı milli fəal Məhəmməd Əbdülməhəmmədzadə zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Məhəmməd Əbdülməhəmmədzadə Təbriz həbsxanasından məzuniyyətə buraxılıb.

Əbdülməhəmmədzadənin iyunun 9-da günortadan sonra 30 milyon tümən dəyərində mülki vəsiqə girov qoyaraq zaminə buraxıldığı bildirilir.

Təbriz sakini olan azərbaycanlı milli fəalın xəstəlik üzündən 10 gün müddətinə müvəqqəti olaraq sərbəst buraxılıb və xəstəliyinə görə məzuniyyət müddətinin uzadılması da ehtimal edilir.

Qeyd edək ki, Əbdülməhəmmədzadə şərlənərək “Xameneinin təhqir etmək” və “Sistem əleyhinə təbliğat aparmaq”da ittiham olunmuşdur. O birinci ittihama görə 15 ay, ikincinə görə isə 12 ay həbs cəzasına məhkum edilmişdir.

Azərbaycanlı fəal ümumilikdə 27 ay həbsə məhkum edilmişdir.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın