Çərşənbə axşamı , İyul 28 2026
azfa

Rejim azərbaycanlı fəal Şahin Bərzgəri mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgəri mühakimə edib.

Azərbaycanlı fəal iyunun 9-da Təbrizdə iki məhkəmə iclasında yerli vaxtla saat 10:00-da rejimin İnqilab Məhkəməsinin birinci şöbəsində, saat 12:00-da isə rejimin Təbrizdəki Cinayət Məhkəməsinin 112-ci şöbəsində mühakimə edilib.

Rejim azərbaycanlı fəalı şərləyərək “Sistemə qarşı təbliğat aparmaq”, “Qanunsuz GAMAC təşkilatına üzv olmaq” və “Ümumi asayişi pozmaq”da ittiham etmişdir.

Qeyd edək ki, Şahin Bərzgər 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər azərbaycanlı fəalla birlikdə Təbrizdə yaxalanmışdı.

Azərbaycanlı fəal təxminən 100 gün rejimin ETTELAAT-nın təcridxanada saxlandıqdan sonra fevralın 24-də 600 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Şahin Bərzgər bundan öncə də Azərbaycan türk millətinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, həbs və təzyiqlərə məruz qalmışdır.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …

Bir cavab yazın