Çərşənbə , Mart 12 2025
azfa

Azərbaycanlı milli fəallar azırbaycanlı siyasi məhbuslara azadlıq tələbilə aksiya keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbrizdə azırbaycanlı milli fəallar 11 aydır qanunsuz olaraq Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəalların adlarını divarlara yazaraq onlara azadlıq tələb ediblər.

Divarlara milli fəallar Tahir Nəqəvi, Araz Aman, Hüseyn İsmayıli, Nima Radməneş, Bağır Hacızadə, Ayaz Seyfxah, Murtaza Pərvin və Hüseyn Pirinin adları yazılıb.

Azərbaycanlı milli fəallar bu aksiya ilə İran zindanında həbsdə saxlanılan azərbaycanlı məhbusların azadlığa buraxılmalarını tələb ediblər.

Həmçinin yoxlayın

Azərbaycanın müxtəlif şəhərlərində telekommunikasiya təqaüdçüləri yenidən aksiya keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün, çərşənbə axşamı telekommunikasiya təqaüdçüləri yenidən Azərbaycanın …

NATO Avropa Birliyinin təhlükəsizliyinin Türkiyədən asılığı olduğuna etiraf etdi

GADTB: NATO ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinə qarşı siyasəti və Avropa ölkələri üçün təhlükəsizlik zəmanətlərini …