Quterreş İranın etnik qruplara qarşı edamlarının narahatlıq doğurduğunu bildirir

GADTB: BMT-nin Baş katibi Antonio Quterreş İranda insan haqları sahəsində vəziyyətin kəskin şəkildə pisləşdiyini bildirərək, bununla bağlı narahatedici məqamları özündə əks etdirən yeni hesabatı BMT Baş Assambleyasına təqdim edib.

Hesabatda qeyd olunur ki, 2025-ci ilin ilk altı ayında İranda azı 612 nəfər dar ağacından asılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 119 faiz artım deməkdir. Quterreşin sözlərinə görə, İran hakimiyyəti ölüm hökmünün ləğvi ilə bağlı beynəlxalq çağırışlara məhəl qoymur.

Baş katib hesabatda, habelə, etnik qruplara, milli və dini azlıqlara qarşı basqıların artması, məhbuslara işgəncə halları və vətəndaş azadlıqlarının məhdudlaşdırılması kimi hallara da xüsusi diqqət çəkib.

Daha öncə HRANA insan haqları monitorinq qrupu da ötən il ərzində İranda ən azı 1,537 edamın həyata keçirildiyini bildirmişdi.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …