Babək qalası qurultayı ilə bağlı azərbaycanlı fəalların yhəbs dalğası genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Babək qalası qurultayı ilə bağlı azərbaycanlı fəalların yhəbs dalğası genişlənir.

Dünən azərbaycanlı fəallar Murtəza Pərvin, Höccət Fikri, Əli Ruhbəxş və Məhəmməd Azad Kəleybərin girişində irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Bir neçə gün öncə Tehranda yaxalanan azərbaycanlı fəal İbrahim Nurinin qardaşı Fərəc Nuri dünən Əhər şəhərində yaxalanıb

İyul ayının 4-də Kiyurmərs İslami Muğanın Parsabad şəhərində və Murtaza Yəzdani Urmiyada saxlanılaraq naməlum istiqamətə aparılıb. Yaxalananların sayə indiyədək 30-a yaxınlaşıb.

Yaxalananlardan başqa yüzlərlə azərbaycanlı çağrılmaq, telefon əlaqəsi, SMS və s. vasitələrlə rejim tərəfindən hədələnmişlər. O cümlədən Məhərrəm Kamrani, Saleh Molla Abbasi, Əkbər Əbulzadə, Nima Abbaspur və Mehdi Zəncir Bulaği Əhərdə, Fərdim Muradpur, Ramin Cəbraili, Siyamək Kuşi, Əbülfəzl Cani, Nasir Əlimuradi, Yunis Zariyun, Rəşid Daneşcuyi və Səccad Budaqi Təbrizdə təhlükəsizlik orqanlarına çağırılaraq sorğu-suala tutulub və təhdid edilib. Onlara bildirilib ki, Babək qalası yürüşünə qatılacaqları təqdirdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanacaqlar.

 

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın