Cümə axşamı , May 14 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı Əlirza Fərşinin həbs və sürgün qərarının ləğvini tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı milli-mədəni faəl Əlirza Fərşinin həbs və sürgün qərarının ləğvini tələb edib.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni faəl mühəndis Əlirza Fərşi üç il öncə fevral ayının 21-i Beynəlxalq Ana Dili Günü mərasimində türklərin öz dillərində tədris hüququnu müdafiə etdiyi üçün yaxalanmış, heç bir günahı olmadan 15 il həbs və 2 il sürgünə məhkum edilmişdi.

Beynəlxalq Əfv Təşkilatı Əlirza Fərşinin üç il öncəki təşəbbüsünün dinc və barış məqsədli olduğunu əsas gətirərək, onun həbs və sürgün qərarının ləğv edilməsini tələb edib.

Həmçinin yoxlayın

Molla rejimi xaricdə yaşayan daha 24 şəxsin əmlakını müsadirə edib

GADTB: Hörmüzgan Ədliyyə İdarəsinin rəisi xaricdə yaşayan 24 şəxsə məxsus əmlakın müəyyən edilərək qanuni prosedur …

Paşinyandan İranda 35 milyon türkün olmasına etiraf

GADTB: Dünən Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı təbliğat kampaniyası çərçivəsində çıxışında rəqiblərini və radikal …

Bir cavab yazın