Bazar ertəsi , İyun 15 2026
azfa

Bişkekdə Türk Ölkələrin Parlament Assambleyasının yeddinci plenar iclası keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinin “AZƏRTAC”a istinadən yaydığı məlumata görə, Türk Ölkələrin Parlament Assambleyasının yeddinci plenar iclası Bişkəkdə dekabr ayının 8-də keçiriləcək. Bu barədə Qırğızıstan parlamenti-Joqorku Keneşin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə TürkPA-nın üzvü olan ölkələrin parlament sədrlərinin iştirakı nəzərdə turulur.

İclasda müşahidəçi kimi Macarıstan parlamenti sədrinin müavini iştirak edəcək. Qurumun fəaliyyəti müddətində Özbəkistan və Türkmənistan TürkPA-nın iclasına qonaq kimi qatılacaq.

İclasda TürkPA-nın gələcək fəaliyyəti, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, genişləndirilməsi və digər məsələlər müzakirə ediləcək. Tədbirin yekununda birgə Bəyannamənin qəbul ediləcəyi gözlənilir.

İclasda TürkPA-ya sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək.

Tədbir çərçivəsində Qırğızıstan parlamentinin sədri Dastanbek Cumabekovun Azərbaycan, Qazaxıstan, Türkiyə, Macarıstan və Özbəkistan parlamentlərinin sədrləri ilə görüşləri gözlənilir.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın