BMT-nin keçmiş silah müfəttişi: Bütün zənginləşdirilmiş uran İrandan çıxarılmalıdır

GADTB: Channel 12 telekanalının yaydığı məlumata görə, BMT-nin keçmiş nüvə müfəttişi və “Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu”nun rəhbəri David Albright İranla əldə olunacaq hər hansı nüvə razılaşmasının bütün zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasını əhatə etməli olduğunu bildirib.

O vurğulayıb ki, söhbət yalnız yüksək səviyyədə zənginləşdirilmiş urandan deyil, bütün ehtiyatlardan gedir.

ABŞ-ın İranla yeni razılaşma əldə etmək səylərinin artdığı bir vaxtda danışan Albright qeyd edib ki, əsas məqsəd İranda mövcud olan təxminən 10 ton zənginləşdirilmiş uranın tam şəkildə ölkədən çıxarılması olmalıdır.

Onun sözlərinə görə, bu ehtiyatların əhəmiyyətli hissəsinin İranda qalması “pis razılaşma” anlamına gələcək.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …