BMT rəsmisi: Müharibə region ölkələrinə ağır iqtisadi zərbə vurub

GADTB: Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli rəsmilərindən biri bildirib ki, İranla davam edən müharibə indiyədək ərəb ölkələrinin iqtisadiyyatına təxminən 186 milyard dollar zərər vurub.

BMT Baş katibinin müavini Abdullah əl-Dardəri münaqişənin geniş iqtisadi nəticələrinə diqqət çəkərək qeyd edib ki, regionun ümumi daxili məhsulu cəmi bir ay ərzində təxminən 6 faiz azalıb.

Onun sözlərinə görə, iqtisadi zərbənin ən böyük hissəsi Fars körfəzi ölkələrinin payına düşür və bu ölkələrdə itkilərin həcmi təxminən 168 milyard dollar təşkil edir.

BMT rəsmisi əlavə edib ki, müharibə nəticəsində regionda təxminən 3,7 milyon iş yeri itirilib və ehtimal olunur ki, daha 4 milyon nəfər yoxsulluq həddindən aşağı düşə bilər.

Abdullah əl-Dardəri region iqtisadiyyatının neftdən güclü asılılığı ilə bağlı xəbərdarlıq edərək bildirib ki, Hörmüz boğazı böhranı bu iqtisadi modelin nə qədər həssas və qeyri-sabit olduğunu bir daha göstərib.

Həmçinin yoxlayın

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …

“Nyu-York Tayms”: Tramp İranla razılaşma üçün irəli sürülən şərtləri sərtləşdirib

GADTB: “Nyu-York Tayms” qəzetinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatdırılması …