Çərşənbə axşamı , May 19 2026
azfa

Bolton BƏƏ ilə irqçi fars rejimlə bağlı müzakirəyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ irqçi fars rejimə qarşı hansı növbəti addımların qəbul edilməsinin lazım olması ilə bağlı Körfəzdəki müttəfiqləri ilə məsləhətləşmələr aparır.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton BƏƏ səfəri zamanı danışıb.

Bolton deyib: “Biz regiondakı müttəfiqlərimizlə hansı qərarın qəbul olunması məsələsini müzakirə edəcəyik. Mən bunun üçün buradayam. İranın və Fars körfəzində onun təsirindəki qruplaşmaların fəaliyyətlərinə qarşı cavabımızın necə olacağı barədə danışıqlar aparırıq. İranın fəaliyyətlərinə verdiyimiz cavabda düzgün və məsuliyyətli olmağa çalışırıq. Bizim məqsədimiz İranın bu cür davranışların ABŞ tərəfdən çox güclü qarşılığı olacağını anlamasıdır”.

Onun sözlərinə görə, Oman körfəzindəki Səudiyyə Ərəbistanına məxsus Fuceyr limanında gəmi və tankerlərə qarşı hücumların arxasında İranın dayanması demək olar ki, təsdiqlənib. Sözügedən vaxtda daha bir hücum planlanılsa da, uğursuz alınıb.

Qeyd edək ki, irqçi fars rejim ABŞ-ın qorxusundan Körfəz ölkələrinə hücum etməmək paktı imzalamaq təklifi ilə çıxış edib. Lakin rejim bundan öncə region ölkələrini qarışdırmaq üçün regionda on minlərlə terrorçu yetişdirib qonşu ölkələri qarışdırmağa çalışırdı.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …

Bir cavab yazın