Cümə axşamı , İyun 25 2026
azfa

Cənubi Azərbaycan milli fəalı Vəhid Əbhəriyə qarşı yeni ittiham irəli sürülüb

GADTB: Vəhid Əbhəri özünün instaqram səhifəsində paylaşdığı “stori” vasitəsilə yeni məhkəmə prosesi ilə bağlı detalları açıqlayıb.

O yazıb: “Ya girov məbləği ağırlaşdırılacaq, ya da həbs olunacağam.”

Vəhid Əbhəri bildirib ki, əvvəlki məhkəmə işinə yeni ittiham əlavə olunub. Paylaşdığı məlumata görə, aldığı bildiriş əsasında şənbə günü səhər saatlarında ittihamın elan olunması üçün 3-cü istintaq şöbəsinə çağırılıb.

Milli fəal həmin iclasın nəticəsi ilə bağlı iki ehtimalın olduğunu qeyd edib:

Girov qərarının ağırlaşdırılması və mövcud girov məbləğinin artırılması

Həbs edilərək zindana göndərilməsi

Qeyd edək ki, Vəhid Əbhəri bundan əvvəl də fəaliyyəti səbəbilə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif ittihamlarla məhkəmə qarşısına çıxarılıb.

Həmçinin yoxlayın

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …

ABŞ Senatı Trampın İranla bağlı müharibə səlahiyyətlərinin məhdudlaşdırılması təşəbbüsünə yenidən baxılmasını rədd edib

+GADTB: ABŞ Senatı yeni səsvermədə İranla bağlı prezidentin müharibə səlahiyyətlərini məhdudlaşdıran layihənin yenidən müzakirəsinə başlanmasına …