Xəbərlər

Əkrəm Rəhimli: Güney Azərbaycandakı milli hərəkat çox böyük düşmənlə üzbəüzdür-müsahibə

Əkrəm müəllim həyat elə gətirib ki, şahidi olduğunuz tarixi dövrün, inqilabi hərakatın sonralar həm də araşdırmaçısı olmusunuz. Sözsüz ki, söhbət “21 Azər” hərakatından, Güney Azərbaycan Milli Hökümətindən gedir. Bu dövrə, bu hadisələrə münasibətdə şahid, vətəndaş Əkrəm Rəhimli ilə araşdırmaçı, alim Əkrəm Rəhimlinin fikirləri nə dərəcə uyğun, nə dərəcədə fərqlidir?

Ətraflı oxu »

GADTB başqanı 21 Azər tədbiri…

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər Tağızadə -nin Azərbaycan Milli Hökumətinin 72-ci il dönümü münasibəti ilə Ankarada Hazar Medeniyət kültür və Toplumsal Aydınlanma Derneğinin təşkil etdiği “21 Azər Hərəkatı və Azərbaycanın Güneyində 1945/46 -da qurulan Azərbaycanın Milli Höküməti” ilə əlaqəli tədbirdə çıxışı.

Ətraflı oxu »

Tehranda “Aşıq Qərib” adına Beynəlxalq Aşıq Festivalı keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Tehran şəhərində dekabr ayının 10-da “Aşıq Qərib” adına Beynəlxalq Aşıq Festivalı keçiriləcək. Türk Dünyasının, xüsusilə Azərbaycanın milli musiqi sənəti olan aşıq musiqisinin biliciləri müxtəlif ölkələrdən həmin festivala qatılacaq. İki gün davam edəcək festivalda Azərbaycan Respublikasını Xırdalan şəhər onbirillik musiqi məktəbinin saz ixtisası üzrə …

Ətraflı oxu »

“Şərq” qəzetinin ermənilərə haq qazandırmasına Güney Azərbaycan mətbuatının etirazı Amilini də etiraza məcbur etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycan mətbuatının İran adlanan ölkənin “Şərq” qəzetinin qondarma “Dağlıq Qarabağ Respublikasının” xarici işləri naziri Myilyanla müsahibəsi və erməni işğalına haqq qazandırmasına kəskin etirazından sonra Ərdəbilin imama cüməsi Amili də həmin qəzetə öz etirazını bildirib.

Ətraflı oxu »