Xəbərlər

İran limanlarına dəniz blokadası davam edir; Çox sayda gəmi geri qaytarılıb

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına daxil olan və ya çıxan gəmilərə tətbiq edilən dəniz blokadasına dəstəyin davam etdiyini açıqlayıb. CENTCOM bununla bağlı sosial şəbəkədə bir sıra görüntülər yayımlayıb və bildirib ki, ABŞ Silahlı Qüvvələri regionda suları izləməyə və patrul fəaliyyətini davam etdirir. Qurumun “X” hesabında yayımlanan açıqlamada qeyd …

Ətraflı oxu »

Əsas sənaye sahələrinə ciddi zərbə Cənubi Azərbaycan və İranda işsizliyi kəskin artırıb

GADTB: Məlumatlara görə, son müharibə və hava hücumları nəticəsində Cənubi Azərbaycanda və İranda işsizlik kəskin şəkildə artıb. Xüsusilə hərbi sənayeyə xidmət etdiyi bildirilən əsas sənaye sahələrinin hədəf alınması əmək bazarında ciddi böhrana səbəb olub. Hesabatda qeyd olunur ki, son hadisələrin təsiri ilə, xüsusilə Tehran və Xuzestan vilayətlərində əmək bazarı ağır …

Ətraflı oxu »

İsrail ordusu: İran və Livanla bağlı yeni hərbi planlar təsdiqlənib

GADTB: Eyal Zamir İran və Livana qarşı hərbi əməliyyatların davam etdirilməsi üçün yeni planların təsdiqləndiyini açıqlayıb. Onun sözlərinə görə, İsrail ordusu hazırda ən yüksək döyüş hazırlığı vəziyyətindədir. Zamir Cənubi Livana səfəri zamanı bildirib ki, bu planlar Baş Qərargahla birlikdə müzakirə olunaraq qəbul edilib və İran və Livan istiqamətində mümkün əməliyyatlar …

Ətraflı oxu »

Müharibə nəticəsində baş verən dəyişikliklər Urmiya gölünün su həcmini xeyli artırıb

GADTB: Müharibənin davam etdiyi dövrdə və son yağışlardan sonra Urmiya gölünün su həcmi xeyli artıb. Bu da onu göstərir ki, yağıntılara mane olan süni qurğular olub və sıra onlar fəal olduğu dövrdə bölgəyə yağışlar az yağıb. Bu da göllərin, xüsusilə Urmiya gölünün qurumasına səbəb olub. Artıq son günlər yağan yağışlardan …

Ətraflı oxu »

“Wall Street Journal”: ABŞ İranla əlaqəli 8 neft tankerinin istiqamətini dəyişməyə məcbur edib

GADTB: The Wall Street Journal qəzeti ABŞ rəsmisinə istinadən yaydığı məlumatda bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri İranın cənub sahillərinin mühasirəyə alınmasından sonra İranla əlaqəli 8 neft tankerini izləyərək onların marşrutunu dəyişməyə məcbur edib. Məlumata görə, bu hadisə bazar ertəsi səhər saatlarından etibarən başlayıb. Bildirilir ki, sözügedən tankerlər ya İran …

Ətraflı oxu »

Molla rejimi Təbriz və Xomeydə tunellərdəki torpaq altında qalan raket qurğularını çıxardır

GADTB: İran atəşkəs dövründə xüsusilə Təbriz və Xomeydə yeraltı tunellərdə qapalı qalan raket buraxılış qurğularını çıxarmaq üçün ağır texnikadan istifadə edir. Bu barədə CNN məlumat yayıb. “ABŞ kəşfiyyatının son qiymətləndirmələrinə görə, bir ay davam edən döyüşlərdən sonra İranın raket buraxılış qurğularının təxminən yarısı hələ də salamat qalıb. Onların bir çoxu, …

Ətraflı oxu »

Amerika İran limanlarının dəniz blokadasının tam şəkildə həyata keçirildiyini deyir

GADTB: ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper İran limanlarına qarşı tətbiq edilən dəniz blokadasının tam şəkildə icra olunduğunu açıqlayıb. Kuper bildirib ki, ABŞ qüvvələri Yaxın Şərqdə dəniz üstünlüyünü qoruyur və blokada regionda İran İslam Respublikasına təzyiqi artırmaq səylərinin bir hissəsidir. Onun sözlərinə görə, İran iqtisadiyyatının təxminən 90 faizi …

Ətraflı oxu »

The Washington Times: “Hörmüz boğazı ətrafındakı gərginlik Azərbaycan və Qazaxıstana marağı artırır”

GADTB: “The Washington Times” qəzeti yazır ki, 🇮🇷 İranın son həftələrdə Hörmüz boğazında gəmiçiliyin hərəkətini pozmaq üçün təhdidləri və addımları qlobal bazarları qeyri-sabitləşdirib, neft qiymətlərinin artmasına səbəb olub və region ölkələrini təcili olaraq alternativ təchizat yolları axtarmağa məcbur edib. Bu şəraitdə alternativ enerji mənbələrinin və nəqliyyat marşrutlarının inkişafı xüsusilə aktualdır. …

Ətraflı oxu »

Tehranda gecə partlayışda binalara və avtomobillərə ziyan dəyib

GADTB: Tehranda gecə törədilən partlayışda binalara və avtomobillərə ziyan dəyib. Bu gecə Tehranın Xomeyni küçəsində yerləşən təhlükəsizlik məntəqəsinin yaxınlığında baş verən partlayışların avtomobil bombası deyil, iki ədəd əldəqayırma maye qaz bombası olduğu bildirilib. Dövlətə bağlı Fars Xəbər Agentliyinin məlumatına görə, hadisə nəticəsində üç nəfər yüngül yaralanıb, bir neçə binaya və …

Ətraflı oxu »

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Sosial şəbəkələrdə paylaşılan xəbərlərə əsasən, şəhər daxilində hərbi və təhlükəsizlik qüvvələrinin sayı artıb, əsas yol qovşaqlarında və avtomobil keçidlərində nəzarət-buraxılış məntəqələri genişləndirilib. Qeyri-rəsmi mənbələr həmçinin parklar, təhsil müəssisələrinin ətrafı və bəzi dini məkanlarda …

Ətraflı oxu »