Xəbərlər

Zaminə buraxılması ləngidilən azərbaycanlı fəalı Səhənd Məalının ailəsi hədələndi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin Sarabda yerləşən məhkəməsi azərbaycanlı fəalı Səhənd Məalının zaminə buraxılması üçün 30 milyon tümənlik vəsiqə təyin etsə də, fəalın zaminə buraxılmasına maneələr törədilir. Üstəlik rejimin məhkəməsinin müstəntiqi fəalın ailə üzvlərini həbslə hədələyib.

Ətraflı oxu »

Qazipur Kürd Muxtariyyətinin terrorçuları Qərbi Azərbaycana göndərdiyinə xəbərdarlıq etdi – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyanın millət vəkili Nadir Qazipur 26 iyun 2018 tarixli məktubla İran adlanan ölkənin Xarici İşlər Nazirliyi, Müdafiə və s. nazirliklərinə müraciət edərək, İraq Kürd Müxtariyyəti ilə danışıqlara girib, silahlı hücumların qarşısını almağa nail olmağa çağırıb.

Ətraflı oxu »