Xəbərlər

Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirdi- Video

GADTB: Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirib. Etiraz Zəncan əyalətinin Leylabad şəhərində çəkilib. İranın Milli Ev layihəsinin müştəriləri olan vətəndaşlar Mənzil Fonduna ödəniş etsələr də 4 il ərzində hələ də mənzil əldə bilməyiblər. Vudeo: https://t.me/GADTB1/42408

Ətraflı oxu »

Azərbaycan nümayəndə heyəti Tatarıstanda Kazan Beynəlxalq İqtisadi Forumunda iştirak edib

GADTB: Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tatarıstan Respublikasının paytaxtında keçirilən “KazanForum2025” Kazan Beynəlxalq İqtisadi Forumunda iştirak edib. Şahin Mustafayev Kazan Beynəlxalq İqtisadi Forumunun plenar iclasına qatılıb. Həmin iclasda Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Malaziyanın baş naziri Ənvər İbrahim, Rusiya Baş …

Ətraflı oxu »

Azərbaycanda “Xalq Əmanəti”nin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olundu

GADTB: Xalq Bank “Xalq Əmanəti” layihəsi çərçivəsində 25-ci kitabını təqdim edir. Bu nəşr Cənubi Azərbaycan poeziyasına həsr olunub. Kitabda Güney Azərbaycanda doğulmuş, müxtəlif ədəbi təmayül və cərəyanları təmsil edən, XX əsrin əvvəllərindən günümüzə qədərki dövrdə yazıb-yaratmış 50 azərbaycanlı şairin fərqli mövzularda və janrlarda qələmə aldıqları seçmə şeir və poemaları, eləcə …

Ətraflı oxu »

Təbrizdə “Traxtur”un çempionluq şənliyi; Azərbaycan rəqsinə İran televiziyası senzura tətbiq etdi-Video

GADTB: Dünən yerli avxtla saat 17-dən 19-a kimi Təbrizin Səhənd stadioununda “Traxtur” komandasının çempionluq mərasimi keçirilib. Molla rejimin televiziyası Şənlik mərasiminə senzura tətbiq edib. əsasən də Azərbaycan rəqsi davam edərkən yayını dayndırıb. Yerli media və mənbələrin bildirdiyinə görə, stadion və ətraf təpələrə Azərbaycan və İranın müxtəlif bölgələrindən gələn 200 min …

Ətraflı oxu »

İran və Avropanın böyük dövlətlərinin rəsmiləri İstanbulda görüşüblər

GADTB: Bu gün İran XİN rəhbərinin müavinləri Kazım Qəribabadi və Məcid Təxt Rəvançi İstanbulda üç Avropa ölkəsi – Britaniya, Fransa və Almaniyanın siyasi rəsmiləri ilə bir araya gəliblər. Bu barədə Qəribabadi “X” hesabında paylaşım edərək yazıb: “Təxt Rəvançi ilə mən İstanbulda Avropa üçlüyünün nümayəndələrini qonaq etdik. Biz dolayı nüvə danışıqlarının …

Ətraflı oxu »

İki türk ölkəsi Azərbaycan və Qazaxıstanın hərbçiləri görüşdü

GADTB: Azərbaycanla Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan Respublikasının Baş Qərargah rəisinin müavini – Milli Müdafiə İdarəetmə Mərkəzinin rəisi general-mayor Fayzulla Badenovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qonaqlar əvvəlcə Şəhidlər xiyabanına gələrək, ölkəmizin müstəqilliyi …

Ətraflı oxu »

“Traxtur”un çempionluğu münasibətilə 200 məhbus azad edildi

GADTB: Güney Azərbaycanın “Traxtur” komandasının çempionluğu münasibətilə Təbriz, Zəncan, Urmiya və Ərdəbil şəhərlərinin həbsxanalarında saxlanılan 200 məhbus sərbəst buraxılıb. Bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb. Məlumata görə, ağır cinayətlər törətməyən və əsasən maddi problemlərə görə məhkum edilən məhbuslar, adı çəkilən şəhərlərin Ticarət Palatalarının başçılarının təşəbbüsü və azərbaycanlı xeyriyyəçilərin maliyyə …

Ətraflı oxu »

Molla rejimi həmədanlı müəllim İrəc Ənsarini həbs edib

GADTB: Təqaüdçü müəllim və Həmədan Müəllimlərinin Həmkarlar İttifaqının idarə heyətinin üzvü İrəc Ənsari çərşənbə günü məhkəmənin qərarı ilə ETTELAAT qüvvələri tərəfindən evində həbs edilib və bir neçə saat sonra zaminə buraxılıb. Məlumata görə, həbs zamanı məmurlar lazımi araşdırmalar aparıb və bəzi şəxsi əşyaları, o cümlədən cənab Ənsariyə məxsus mobil telefon …

Ətraflı oxu »

Azərbaycandan Paşinyanın yalan iddialarına cavab

GADTB: Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı səsləndirdiyi iddialara cavab verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, mayın 15-də Ermənistanın Baş naziri Albaniyada Azərbaycanın İctimai Televiziyasına verdiyi müsahibədə Ermənistan konstitusiyasında mövcud ərazi iddiaları, habelə Minsk …

Ətraflı oxu »

Rubio: “İran ABŞ-nin təklifini qəbul etməsə, ciddi təzyiqlərlə üzləşəcək”

GADTB: ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində Vaşinqtonun Tehrana nüvə razılaşması barədə təklifinə toxunaraq deyib ki, “İrana dinc və firavan ölkə olmaq üçün bu fürsət verilib”. “İran heç vaxt nüvə silahı əldə etməməlidir və Donald Tramp bunun baş verməyəcəyini açıq şəkildə bildirib. 60% zənginləşdirilmiş uran əslində nüvə …

Ətraflı oxu »