Cümə axşamı , May 14 2026
azfa

Xəbərlər

Sayın Sara xanım Azərsundan Avstraliya xarici işlər naziri Penny Wong-a təbrik məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun Leyboristlər Partiyasının seçkilərdə qələbəsi və Penny Wong-un xarici işlər naziri vəzifəsinə yenidən təyin edilməsi münasibəti ilə ona təbrik məktubu ünvanlayıb. Sayın Sara xanımın məktubunu olduğu kimi təqdim …

Ətraflı oxu »

Hindistan Pakistanın 3 şəhərinə hücum etdi; çox sayda ölü və yaralı var

GADTB: Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Bu barədə Pakistan ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri məlumat verib. Onun sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri – Kotli və Müzəffərabad olub. O qeyd edib ki, Hindistanın hücumu cavabsız qalmayacaq. …

Ətraflı oxu »

Təbrizli vəkil və universitet müəllimi həbs edilib

GADTB: Təbrizli vəkil və universitet müəllimi Əbülfəz Rəncbəri evinin qarşısında ETTELAAT qüvvələri tərəfindən tutulub. Dr. Əbülfəzl Rəncbəri mayın 4-də saat 14:00 radələrində həbs edilib. Hüquq müdafiəçisi Sina Yusefinin “X” sosial şəbəkəsində paylaşdığı yazıya görə, vəkilin harada olduğu və onu saxladığı qurumla bağlı heç bir məlumat verilməyib, ailəsi də tam məlumatsızdır. …

Ətraflı oxu »

Avstraliya Baş Nazirindən sayın Mikayil Oytaya təşəkkür məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliyanın baş naziri Entoni Albanese Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl Oytaya seçkilərdə leyboristlər partiyasını dəstəklədiyi üçün təşəkkür məktubu ünvanlayıb. Baş nazir məktubunun bir hissəsində yazır: “Avstraliya İşçi Partiyası adından bu kampaniya …

Ətraflı oxu »

Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya ilə bağlı sənədlər Rusiya arxivlərində

GADTB: Azərbaycanın əzəli torpaqları olan İrəvan, Zəngəzur, Göyçə bu gün müasir Ermənistan ərazisi hesab olunsa da, şimal qonşumuz Rusiyanın dövlət arxivlərində həmin ərazilərin Azərbaycana, azərbaycanlılara məxsus olduğunu sübut edən çox sayda sənədlər mövcuddur. Həmin sənədlərdə Ermənistandakı yer adlarının, toponimlərin Azərbaycana aid olması, sonradan dəyişdirilərək erməniləşdirilməsi əks olunub. Eyni zamanda, Rusiya …

Ətraflı oxu »

Molla rejimi “Traxtur”la bağlı paylaşım edən qaşqay fəalları həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi “Traxtur”un çempion olması ilə bağlı paylaşım edən qaşqay fəalları həbs edib. Qaşqay türkləri də Güney Azərbaycanın “Traxtur” komandasının çempionluğu ilə bağlı şənlik ediblər. Lakin molla rejimi xüsusilə Şiraz və Firuzabad şəhərlərində Traxtur komandası ilə bağlı paylaşım edən qaşqay fəalların hesabını …

Ətraflı oxu »

Güney Azərbaycanın müxtəlif şəhərlərində çoxsaylı etiraz aksiyaları keçirilib

GADTB: Dünən Vərziqanın Əndirgan kəndində qızıl mədəni şirkətinin bir qrup əməkdaşı işdən çıxarılmaları ilə bağlı etiraz aksiyası keçirblər. Yerli sakin olan 50-yə yaxın şəxs naməlum səbəbdən işdən çıxarılıb. Eyni zamanda Güney Azərbaycanın Qəzvin əyalətinin pulları mənimsənilən vətəndaşlar yenidən etiraz eyləmi keçirərək Qəzvin-Kərəc avtomobil yolunu bağlayıblar. Aksiya “Təravət novin xodro” avtomobil …

Ətraflı oxu »

Molla rejimin Apelyasiya məhkəməsi azərbaycanlı milli fəala qarşı çıxardıqları həbs cəzasını təsdiq etdi

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Apelyasiya məhkəməsi azərbaycanlı milli fəala çıxardıqları həbs cəzasını təsdiq edib. Evin həbsxanasında həbsdə olan azərbaycanlı milli fəal Vədud Əsədinin 5 il 6 aylıq həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən tam təsdiq edilib. Bu barədə azərbaycanlı milli fəalın ailəsinə yaxın mənbə məlumat …

Ətraflı oxu »

İki iranlı tələbə Naxçıvanda casusluq etməkdə təqsirli bilinərək 27 illik həbs cəzasına məhkum ediliblər

GADTB: İttihama görə, İran vətəndaşları 2020-ci ildə təhsil almaq adı ilə Naxçıvana gəliblər. Onlar 2019-cu ildə İranın xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb ediliblər.  Onlar Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi vəziyyət, dövlət və digər qurumların İran İslam Respublikası vətəndaşlarına olan münasibəti, dövlət sirri …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Türk Hareketi TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Türk Hareketi TV”-də “İran və molla rejimi” mövzusunda çıxış etmişdir. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin İran adlanan yerdə baş verən hadisələr, Pezeşkianın Azərbaycan Respublikasına səfəri, Pezeşkianın əslində Xameneinin projesi …

Ətraflı oxu »