Xəbərlər

Ərdəbildə azərbaycanlı gənc Mənsur Abadi Gərçan döyüş gülləsinin dəyilməsi nəticəsində həyatını itirib

GADTB: Son etirazlar zamanı molla rejim qüvvələrinin birbaşa atəşi nəticəsində həyatını itirən Ərdəbil sakini azərbaycanlılardan birinin də şəxsiyyəti müəyyənləşib. Ərdəbil şəhərindən olan Mənsur Abadi Gərçan 19 dey tarixində bu şəhərin Bəhcuyi küçəsində döyüş gülləsinin dəyilməsi nəticəsində ağır yaralanıb. O, bir neçə gün aldığı ağır xəsarətlərlə mübarizə apardıqdan sonra dünyasını dəyişib.

Ətraflı oxu »

Rubio: İranla danışıqlar ballistik raketlər və etirazçılara münasibəti də əhatə etməlidir

GADTB: ABŞ-ın dövlət katibi çərşənbə günü, 15 bəhmən tarixində bildirib ki, İranla aparılacaq danışıqlar yalnız nüvə dosyesi ilə məhdudlaşmamalı, Tehranın raket proqramı və İran İslam Respublikasının öz xalqına münasibəti kimi mövzuları da əhatə etməlidir ki, danışıqlar mənalı nəticə versin. Marko Rubio Vaşinqtonda keçirilən mətbuat konfransında deyib: “Danışıqların real və mənalı …

Ətraflı oxu »

Tramp: İran rejimi yeni nüvə obyektinin tikintisi ilə məşğuldur; davam etsəniz, əvvəlkindən də ağır addımlar atacağıq

GADTB: ABŞ-ın keçmiş prezidenti Donald Tramp jurnalistin sualına cavabında açıq və hədələyici tonda bəyan edib ki, İran rejimi yeni bir nüvə obyektinin inşasını planlaşdırır. Tramp bildirib: “Biz bilirik ki, iranlılar yeni nüvə obyekti tikmək istəyirlər. Onlara demişik ki, bu istiqamətdə irəliləsələr, əvvəlkindən də daha pis addımlar atacağıq. Və yenidən B-2 …

Ətraflı oxu »

Azərbaycanlı milli fəal Səid Dəlaki (Udman) bir neçə günlük həbsdən sonra azad edilib

GADTB: Azərbaycanlı milli fəal Səid Dəlaki (Udman) 1404-cü il 19 dey tarixində (cümə günü) molla rejimin qüvvələri tərəfindən saxlanılmış, bir neçə gün sonra isə Təbriz həbsxanasına köçürülmüşdü. O, dünən azadlığa buraxılıb. Daxil olan məlumatlara əsasən, Səid Dəlakinin azad edilməsi bir neçə gün davam edən qeyri-müəyyənlikdən sonra baş verib və onun …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “SEPAH parçalandı – Güneyli nənə nə deyir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Prime TV”-də “SEPAH parçalandı – Güneyli nənə nə deyir” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin molla rejimin cinayətkar olması və hətta yaşlı anaya haq sözlərinə görə təzyiq …

Ətraflı oxu »

İranla istənilən razılaşma etirazçılara xəyanətdir

GADTB: “Wall Street Journal” qəzeti ABŞ prezidenti Donald Trampı İranla mümkün danışıqlar və razılaşmalar barədə xəbərdar edib. Nəşr yazır ki, hazırkı şəraitdə Tehranla hər hansı diplomatik anlaşma “dağılmaqda olan rejimə çıxış yolu vermək” və ölkədə etiraz edən iranlılara xəyanət etmək anlamına gələ bilər. Məqalədə bildirilir ki, son aylarda İranın nüvə …

Ətraflı oxu »

Təbriz Tibb Fakültəsinin tələbələri etiraz və matəm aksiyası keçiriblər

GADTB: Çərşənbə axşamı, 14 bəhmən 1404-cü il tarixində Təbriz Tibb Fakültəsinin tələbələri səhər saat 08:00-dan etibarən İmtahan Kompleks Mərkəzinin qarşısında və fakültənin həyətində toplaşaraq, son etirazlar zamanı həyatını itirən tələbələrin xatirəsini yad etmək üçün matəm mərasimi keçiriblər. Məlumata görə, tələbələr qara parça sərərək və şamlar yandıraraq son hadisələrdə həlak olanların …

Ətraflı oxu »

Təbriz və ətraf şəhərlərdə zəlzələ effekti yaradan partlayış baş verib

GADTB: Şəbüstər şəhərindəki İmam Zaman briqadasında hərbi sınaqlardan qaynaqlanan partlayış dalğasının baş verdiyi bildirilir. Eyni zamanda, ətraf bölgələrdə yaşayan sakinlər çox güclü və qeyri-adi bir səsin eşidildiyini deyirlər. Şahidlərin təsvirinə əsasən, bu gecə hiss edilən titrəyiş çox qısa və zərbəvari olub; sanki binaya birdən-birə güclü zərbə dəyib və dərhal bitib. …

Ətraflı oxu »

İran etirazlarında 50 mindən çox saxlanılan var

GADTB: ABŞ-da fəaliyyət göstərən İnsan Hüquqları Fəalları Toplusunun xəbər orqanı olan HRANA agentliyi bildirib ki, İranda ölkəboyu etirazların yatırılması zamanı azı 50 min 235 nəfər saxlanılıb və yeni saxlanılmaların davam etdiyi qeyd olunur. HRANA-nın hesabatına görə: Tələbələrin saxlanılması: 106 hal Məcburi “etiraf”lar: 303 hal Çağırış vərəqələri (çağırışlar): 11 min 46 …

Ətraflı oxu »

WP: “ABŞ İrana qarşı hərbi ssenarilərə hazırlaşır”

GADTB: “The Washington Post” qəzeti xəbər verir ki, son bir ay ərzində ABŞ Yaxın Şərq və İran ətrafına onlarla hərbi təyyarə və təxminən 12 hərbi gəmi yerləşdirib. Məlumata görə, bu yerləşdirmə çərçivəsində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) əməliyyat zonasına daxil olan “Tomahawk” raketləri ilə təchiz edilmiş üç esmines, habelə, “Abraham Linkoln” …

Ətraflı oxu »