Cümə axşamı , May 14 2026
azfa

Çavuşoğlu: ABŞ PKK-ya hələ də dəstək verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, təəssüf ki, ABŞ Suriyada hələ də PKK/PYD-yə dəstək verir.

Çavuşoğlu Türkiyənin ABŞ-la münasibətlərində problemlərin olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ABŞ separatçıları dəstəkləyir:

“Bu terror qurumları da son zamanlar hücumlarının sayını artırıb. Burada FETÖ, digər tərəfdən CAATSA sanksiyaları da bizi narahat edən məsələlərdir. Əslində bunlar bizim üçün milli təhlükəsizlik məsələləridir, müttəfiqimiz ABŞ-dan bu məsələdə həssaslıq gözləyirik, həssaslığımızı anlamalarını gözləyirik”.

Nyu Yorkda amerikalı həmkarı Entoni Blinkenlə bütün məsələləri müzakirə etdiyini deyən Çavuşoğlu qeyd edib ki, görüşdə viza danışıqları və regional məsələlər də diqqət mərkəzində olub.

Həmçinin yoxlayın

Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıqlar apardığı bildirilir

GADTB: Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıq aparıb və bunun gizli qalması üçün …

Molla rejimi xaricdə yaşayan daha 24 şəxsin əmlakını müsadirə edib

GADTB: Hörmüzgan Ədliyyə İdarəsinin rəisi xaricdə yaşayan 24 şəxsə məxsus əmlakın müəyyən edilərək qanuni prosedur …