Çərşənbə axşamı , May 19 2026
azfa

Cinayətkar Əsəd ordusu terrorçulara dəstək üçün Afrinə hücuma keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əsəd rejiminə aid qüvvələr Afrinin terrorçu PYD-YPG nəzarətində olan hissəsinə daxil olub.

Bu barədə Livanın “Əl Mayadeen” televiziyası informasiya yayıb.

Məlumata görə, Əsəd qüvvələri Afrinə müşahidə aparmaq üçün daxil olub. Televiziya yayımladığı xəbərdə Suriya ordusunun tezliklə bölgəyə hərbi qüvvə göndərəcəyini də açıqlayıb.

Bu arada Türkiyə prezidenti Ərdoğan ki,  Cerablus və Əl Babda necə nəticə əldə olunubsa, Afrində, Menbiçdə, İdlibdə də elə olacaq.

“Biz qardaşlarımızın öz torpaqlarında yerləşdirilməsini istəyirik. 3,5 milyon suriyalı qardaşımız evlərinə dönsün. Bunun üçün səy göstəririk. Türkiyənin qardaş Suriyanın torpaqlarında gözü yoxdur. Bizə torpaqlarımız bəs edər. 18 milyon kvadrat kilometrlik ərazidən 780 min kvadrat kilometr əraziyə düşmüş olsaq da, buna həmd edirik”, – Ərdoğan deyib.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …

Bir cavab yazın