Cümə axşamı , İyun 25 2026
azfa

Dəfn mərasiminə getmək istədikləri üçün yaxalanan fəallar müvəqqəti sərbəst buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal və musiqi ustadı Həsən Dəmirçinin dəfn mərasimində iştirak etmək məqsədi ilə Tehrandan Təbrizə getmək isatədiyi üçün Zəncan-Təbriz yolunda irqçi fars rejimi Ettelaat məmurları tərəfindən yaxalan azərbaycanlı fəallar Əkbər Azad, Həsən Raşidi, Behnam Şeyxi, Xədicə (Turan) Hejəbri və həyat yoldaşı Bəhram müvəqqəti sərbəst buraxılıblar.

Azərbaycanlı fəallar iyun ayının 25-də yaxalanmış və 15 saat saxlandıqdan sonra müvəqqəti sərbəst buraxılıblar.

Məlumata görə həmin 5 nəfər azərbaycanlı fəal yaxalandıqdan sonra irqçi fars rejimin Zəncan vilayətindəki Ettelaat İdarəsinə aparılıb. Fəalların saxlandıqları müddətdə mobil və digər şəxsi əşyaları Ettelaat əməkdaşları tərəfindən götürülüb. Beləliklə onların dəfn mərasimində iştirakına mane olublar.

Həmçinin yoxlayın

İran və Ermənistan yeni ticarət və tranzit marşrutlarını müzakirə edib

GADTB: Dünən İrəvanda Ermənistan İqtisadiyyat Nazirliyində İran və Ermənistan rəsmilərinin iştirakı ilə iki ölkə arasında …

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …

Bir cavab yazın