Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Diktatorların himayədarı Rusiya İran adlanan ölkəni ABŞ-İsrail planından qoruyur

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumta görə, Rusiya siyasətçiləri də rus dövlətinin xəttinə uyğun olaraq diktator və irqçi İran hakimiyyətini dəstəkləyir. “RİA Novosti” agentliyinə açıqlamasında rusiyalı politoloq Aleksey Podberezkin məsələ ilə bağlı deyib ki, İsrail və ABŞ arasında İranın qarşısının alınması ilə bağlı razılaşdırılan yeni strategiya İranın Yaxın Şərqdəki siyasətinə təsir etməyəcək.

O qeyd edib: “İran regionda liderlik üçün davamlı mövqeyə sahibdir. İranlılar çox yaxşı anlayırlar ki, onların liderliyi İsrailin təhlükəsizlik maraqları ilə zidd təşkil edir. İran təkcə Yaxın Şərq yox, Avrasiyada liderliyə can atır. Bu isə ABŞ-ın maraqlarına təhdid yarada bilər. Ona görə də ABŞ-ın bundan sonra da İsraillə birgə hərəkət etməsi qaçılmaz olacaq. ABŞ-la İsrailin hazırda iki seçimi var. Ya İranın qarşısını özləri alacaqlar, ya da yatırımı Səudiyyə Ərəbistanına edəcəklər”.

Qeyd edək ki, Rusiya son dövrlərdə demokratik dünyaya qarşı diktatorları himayə etməklə Şərq blokunun funksiyasını həyata kemçirməyə çalışan qeyri-rəsmi ittfaq yaradıb. Həmin ittifaq tərəfindən İran rejimi də dəstəklənir.

Həmçinin yoxlayın

ABŞ-ın “Apaçi” helikopterləri İranın “Şahid” dronlarını vurmaq üçün təlim keçdi

GADTB: ABŞ və İsrail ordularının ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra İrana hücum planları hazırladığı barədə …

Tramp: İran İslam Respublikası ilə atəşkəs vaxt itkisi idi və mən bunu heç vaxt bəyənməmişəm

GADTB: ABŞ prezidenti Donald Tramp Missisipi ştatında keçirilən seçkiqabağı mitinqdə İran İslam Respublikası ilə atəşkəsi …

Bir cavab yazın