Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Azərbaycan Respublikasının Milli Məclisi dünya azərbaycanlılarına müraciət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında 19 məsələyə baxılıb.

İclasın sonunda Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunub.

Müraciətdə dünya azərbaycanlıları sıx birləşməyə çağırılır. Müraciətdə bildirilir ki, sürətlə dəyişən dünyada xalqımızın gücünü bir yerə toplamaq əzmindən güc alan Həmrəylik Günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub

Milli Məclisin spikeri Oqtay Əsədov payız sessiyasının başa çatdığını elan edib. Sonda Azərbaycanın dövlət himni səsləndirilib.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın