Cümə , Noyabr 14 2025
azfa

Dünyanın bir çox ölkələrində Azərbaycana dəstək aksiyası keçirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərimini ələ keçirmək məqsədilə ağır artilleriyadan hücum etmələri nəticəsində şəhid olmuş hərbçilərin xatirəsini yad etmək və Azərbaycan Ordusuna dəstək məqsədilə Belarusda yaşayan Azərbaycan diasporu səfirliyimizin önündə toplaşıblar.

Həmçinin Latviyadakı Azərbaycan icmasının üzvləri, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatları Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatlara etiraz olaraq aksiya keçiriblər.

Aksiya çərçivəsində əvvəlcə həmvətənlərimizin avtomobil karvanından ibarət etiraz yürüşü təşkil olunub. Üzərində Azərbaycan bayrağının, “Erməni təcavüzünə son!”, “Qarabağın işğalına son!” şüarlarının olduğu avtomobillər Riqa şəhərinin mərkəzi küçə və prospektləri boyunca hərəkət edib.

Bundan əlavə Tiflisdə də Azərbaycanın Silahlı Qüvvələrinə dəstək aksiyası keçirilir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında təşkil olunan aksiyada yerli azərbaycanlılar və Azərbaycan vətəndaşları iştirak edirlər.

Dəstək mitinqinə Marneuli, Qardabani və Bolnisi rayonlarında yaşayan soydaşlarımız, Gürcüstan ictimaiyyətinin nümayəndələri, tanınmış gürcü tarixçi və ekspertləri də qoşulublar.

Dünən həmçinin Londonda azərbaycanlılar Ermənistan səfirliyi qarşısında aksiya keçirmişlər və erməni həmin aksiyaya vəhşicəsinə hücuma keçmişlər.

Həmçinin yoxlayın

İranda gözlənilməz sorğu: “Əhali ölkənin vəziyyətindən narazıdır”

GADTB: İran Tələbə Rəy Sorğusu Mərkəzinin (ISPA) son sual-cavabına əsasən, ölkənin vəziyyətindən narazılıq səviyyəsi 92 …

Urmiya gölünün böhranlı vəziyyəti gündən günə artır

GADTB: Bir vaxtlar Güney Azərbaycanın mavi cəvahiri sayılan Urmiya gölü hələ də su çatışmazlığı və …

Bir cavab yazın