Cümə axşamı , İyul 16 2026
azfa

Ermənilər Azərbaycana qarşı BMT-də təxribat törətdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistan vasitəsilə BMT-də Azərbaycana qarşı növbəti təxribata yol verilib.

Birləşmiş Millətlər Təşkilatının rəsmi saytında işğal olunmuş Qarabağ torpaqlarında yaradılmış qondarma rejimin qanunsuz olaraq daha 2 “sənəd”i yayımlanıb. Qarabağdakı separatçı rejimin “xarici işlər nazirliyi”nin yaydığı həmin “sənədlər”dən biri (https://undocs.org/ru/A/74/801) 2016-cı ilin Aprel döyüşlərinin 4-cü ildönümü ilə bağlı Azərbaycanı ittiham edir.  

İkinci “sənəd”də isə (https://undocs.org/ru/A/74/818) BMT Baş katibi Antoniu Quterrişə dünyanın bütün “qaynar nöqtələri”ndə atəşkəsin bərqərar olması ilə bağlı çağırış yer alıb.

Xatırladaq ki, bundan əvvəl də, Ermənistanın BMT-dəki daimi nümayəndələrinin vasitəsilə qondarma rejim rəhbərliyi BMT-də rəsmi sənəd yaymağa nail olub. Həmin faktlarla bağlı Azərbaycan XİN-i BMT-yə kəskin etirazını bildirmişdi.

Həmçinin yoxlayın

Molla rejimin Xatəmül-Ənbiya Mərkəzi Qərargahı hədələdi: İnfrastruktura hücum ediləcəyi təqdirdə, regiondakı bütün infrastruktur hədəfə alınacaq

GADTB: İrqqi fars-molla rejimin Silahlı Qüvvələrinin fəaliyyətinin əlaqələndirilməsinə və müharibənin idarə olunmasına cavabdeh olan Xatəmül-Ənbiya …

ABŞ-nin hücumlarında ölənlərin sayını açıqlandı

GADTB: İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, son bir gündə …

Bir cavab yazın