Bazar ertəsi , May 25 2026
azfa

Ermənilər Azərbaycanın Kəlbəcərdəki mövqelərini atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …