Cümə axşamı , Aprel 25 2024
azfa

Ermənilərin 100 il öncə Qarabağın işğalı üçün pul topladığı barədə sənəd

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənilərin tarixin bütün dönəmlərində, eləcə də Cümhuriyyət dövründə Azərbaycan torpaqlarına qəsd etdiyi, bu torpaqları ələ keçirmək üçün hər bir vasitəyə əl atdığı məlumdur.

Erməni mənbələrinə görə, bu günlərdə ABŞ ermənilərindən birinin 1920-ci ildə işğalçı erməni ordusunun qurulmasına kömək məqsədi ilə o zamankı Ermənistan hökumətinə  verdiyi sənəd üzə çıxıb. Sənəddə pulun kim tərəfindən hansı məqsədlə verildiyi, habelə yardımın məbləği öz əksini tapıb. 75 dollarlıq yardımın üzə çıxan sənədi Ermənistanın Müdafiə Nazirliyini vəcdə gətirib. Belə ki, bu hadisədən sonra dünya ermənilərinə müraciət edən işğalçı ölkənin Müdafiə Nazirliyi bu cür sənədlərə malik şəxslərdən həmin sənədləri onlara göndərməyi xahiş edib.

Bu sənəd düşmənin hələ 100 il öncə Qarabağın işğalı üçün pul yığdığını, bu məsələdə dünya ermənilərinin gücündən yararlanmağa çalışdığını göstərir.

Məhz bu cür yardımlar əsnasında formalaşan o zamankı erməni ordusu, 1920-ci ilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə hücum edib, lakin Azərbaycan ordusu tərəfindən darmadağın edilərək geri çəkilməyə məcbur olub.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın