Bazar , Oktyabr 25 2026
azfa

Ermənilər son bir ayda İrandan 1271 yük maşını qəbul etdiklərini təsdiqlədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan Polisinin rəis müavini Hayk Mqriyan keçirdiyi mətbuat konfransında deyib ki, fövqəladə vəziyyət dövründə İran İslam Respublikasından Ermənistana 1271 yük maşını gəlib.

Rəis müavini bildirib ki, onların 1197-nin işi yol polisi tərəfindən tamamlanıb, pandemiyaya görə 106 nəqliyyat vasitəsi yol polisi tərəfindən müşayiət edilib.

Onun sözlərinə görə, ümumilikdə Ermənistandan 2.46 nəqliyyat vasitəsinə Dağlıq Qarabağa getməyə icazə verilib, 603 avtomobilin girişi isə qadağan edilib.

Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət martın 14-dən elan edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial mediada Xankəndidə yaşayan bir erməninin bölgəyə gələn İranın yük maşınlarına koronavirusa görə etiraz edən videosu yayılmışdı.

İran isə hər zamankı kimi yalan danışmağa davam edərək, mötəbər fakt ortada ola-ola videonun həqiqəti əks etdirmədiyini iddia edib təkzib etmişdir.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın