Çərşənbə , Yanvar 8 2025
azfa

Ermənistanın ekiloji terroruna etiraz etdiyi üçün yaxalanan azərbaycanlı milli fəal zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, iyulun 7-də Xudafərin körpüsü yaxınlığında Araz çayı qırağında İran sərhədçiləri tərəfindən həbs edilən azərbaycanlı fəal Sədullah Sasani 150 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıb.

Azərbaycanlı fəallar Mustafa Əvəzpur, Rəhim Sasani, Məhəmməd Mərdi, Məhəmməd Əlipur və Cəfər Noruzi 28 saat dindirildikdən sonra sərbəst buraxılsalar da, Sədullah Sasaninin durumu ağır olduğu üçün o, təhlükəsizlik idarəsində saxlanılmışdı.

Molla rejimi iyulun 7-də Xudafərin körpüsü yaxınlığında Ermənistanın Araz çayını çirkəndirməsinə etiraz etdikləri üçün yaxaladığı 6 nəfər azərbaycanlı fəala işgəncə vermişdi.

Yaxalanan azərbaycanlı fəallar bununla bağlı demişdilər: “Bizi saxladıqdan sonra mobil telefon və başqa şəxsi əşyalarımızı aldılar, buraxıldıqdan sonra da geri qaytarmadılar. Məmurlar bizi mümkün qədər incidirdilər, təhqir edir, isti havada günəş altında barmaqlıqlara qandallayaraq ac-susuz saxladılar. Dindirmə zamanı bizi dəfələrlə ölümcül şəkildə döydülər. Sədulla Sasaniyə isə daha ağır işgəncələr verildiyi üçün onun vəziyyəti ağırlaşdı və məsələ ictimailəşməsin deyə onu həbsdən buraxmadılar”.

Qeyd edək ki, Ermənistanın Mestamur AES-in zəhərli tullantılarının Araz çayına axıdılması nəticəsində Güney Azərbaycan bölgələrində kənd təsərrüfatı sahəsinə ciddi ziyan dəyib, bölgədə xərçəng xəstəliyi geniş yayılıb. Fəallar buna etiraz məqsədilə Araz çayının sahilinə gedərkən İran təhlükəsizlik orqanları tərəfindən saxlanılıblar.

Həmçinin yoxlayın

Güney Azərbaycanda İran rejiminə bağlı avtomobil şirkətinin səhmdarları etiraza aksiyası keçirdi- video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda İran rejiminə bağlı avtomobil şirkətinin səhmdarları …

Azərbaycan təyyarəsinin qara qutusunun məlumatları barədə açıqlama

GADTB: Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktauda qəzaya uğrayan təyyarənin uçuş registratorlarından şifrələnmiş məlumatların öyrənilməsinə başlandığını elan …