Cümə axşamı , Oktyabr 15 2026
azfa

Fransada Azərbaycana qarşı daha bir təxribat

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransa erməni təəssübkeşlyini sürdürür. Parisin məşhur Bastiliya meydanında “Dağlıq Qarabağ. Erməni irsi təhlükə altındadır” sərgi açılıb.

Sərgi yanvarın 15-dək davam edəcək. Sərgi Paris meriyası və “Şərq Lütfü” katolik təşkilatı tərəfindən təşkil olunub.

Bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.

Açıq səma altında keçirilən sərgidə qondarma “Dağlıq Qarabağ”ın “erməni tarixi və mədəni irsi”ni əks etdirən 30 fotoşəkil yer alıb.

Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan Paris meriyasına və “Şərq Lütfü” katolik təşkilatına həmişə Ermənistana və erməni xalqına yaxın olduqlarına görə təşəkkürünü bildirib.

Sərginin açılışında Paris merinin müavinləri Arnaud Nqaça və Karine Roland, “Şərq Lütfü” katolik təşkilatının prezidenti Jan-İv Tolot, həmin təşkilatın baş direktoru Paskal Qolniş iştirak ediblər.

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …