GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Media Turk TV”-də Suriya hadisələri ilə bağlı çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Əsəd rejiminin Xamenei və Putinin himayəsində dəhşətli cinayətlər törədəndən sonra məğlub olub qaçması, ABŞ-ın himayəsi ilə kürd terrorçuların Suriyanın şərqini işğal etməsi, Türkiyənin isə öz sərhədləri boyu bufer zona yaratması zərurəti, kürd terrorçuların Suriyada türkməınlərin ərazisini də işğal etməsi, Bəşar Əsədin yıxılması ilə Xameneinin meydanının daralması, Güney Azərbaycanda milli hərəkatın davam etməsi, hələ Pişəvərinin də vaxtilə Güney Azərbaycanda 21 Azər hərəkatının sinfi yox milli hərəkat olmasını bildirməsi, Güney Azərbaycanın yeganə yolunun müstəqillik olması və s. məsələlərdən danışmışdır.
Sayın Əjdər bəyin çıxışının videosuna baxa bilərsiniz: