
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Pressklub TV”-də “Rusiyanın Ukraynaya hərbi təcavüzü” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda Rusiyanın Ukraynaya hərbi təcavüzü, Güney Azərbaycanda əhalinin bu hərbi təcavüzə münasibəti, Rusiyanın hətta zəiflədiyi təqdirdə də Azərbaycan və türkün düşməni olması, Güney Azərbasycanın isə haqqın və ədalətin tərəfində olması və Rusiyanı düşmən hesab etmələri və s. məsələlərdən bəhs etmişdir.
Sayın Əjdər bəyin çıxışının videosuna baxa bilərsiniz: