Cümə axşamı , Fevral 25 2021
azfa

GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri Mikayıl Oytanın Xəzərin hüquqi status barədə bildirişi

GADTB: Salam olsun  Deyerli  Soydaşlarima Vetendaşlarima 

Gənc və müstəqil Azərbaycanın uğurları sırasına tarixi türk dənizi olan Xəzər dənizinin bölgüsü və hüquqi statusunun müəyyənləşdirilməsində əldə etdiyi uğurlar da yazıldı. Azərbaycan Respublikasının Xəzərdə öz payına layiqincə sahib çıxması və Xəzərdəki sərvətlərindən düzgün yararlanaraq, ölkəni inkişaf etdirməsi heç kimə sirr deyildir. Artıq Azərbaycanı istəmiyən düşmən ölkələr və qüvvələr də ölkəmizin bu uğurlarına etiraf edirlər.

Azərbaycan Respublikası Sovet İttifaqının dağılmasından sonra ilk dəfə olaraq, Xəzər dənizini dünyaya açdı və Əsrin Müqaviləsini bağladı. Bununla da millətimiz öz sərvətlərindən düzgün faydalanmaqla Azərbaycanı regionun aparıcı dövlətinə çevirdilər.

İndi isə Azərbaycan Respublikasının müstəqilliyinin 26-cı ildönümündə Xəzər dənizində layiqincə öz haqqına sahib çıxması hər bir Azərbaycan türkü üçün qürurverici haldır. Sözsüz ki, Azərbaycan Respublikasının bu uğurları ölkəmizin quzey hissəsinin müstəqilliyi ilə bağlıdır. Bu mənada müstəqil Azərbaycan Respublikasının bütün bu uğurlarının Güney Azərbaycanın müstəqillik uğrunda mübarizəsinə ilham qaynağı olması kimsəyə sirr deyildir.

Təsadüfi deyildir ki, Güney Azərbaycanda millətimiz Xəzər dənizin bölünməsində və XəzərinHüquqi Statusunun müəyyənləşməsinə sevinir, Antiazərbaycan qüvvələr, o cümlədən fars şovinistləri və ermənilər qəzəblənərək, bu anlaşmanı özləri üçün II Türkmənçay kimi qələmə verirlər.

İrqçi dünyagörüşünə malik olan fars millətçiləri Azərbaycana aid maddi və mənəvihər bir şeyi mənimsəməyə və özlərininki kimi təqdim etməyə çalışırlar. Bu istiqamətdə tarixi türk dənizi olan Xəzərə də 50 faiz pay iddia etməyə çalışır. Lakin qarşısında türk reallığını görəndən sonra anlamalıdırlar ki, əldə etdikləri 11 faiz pay da tam işğalçı fars rejimin deyil və həmin payın böyük hissəsi Xəzərin cənub-qərbində Güney Azərbaycan, Cənub-şərqində isə türkmənlərin payına düşməlidir. Yalnız 4-5 faiz pay Mazəndəran ərazisinə düşür.

Güney Azərbaycan və Güney Türkmənistan müstəqilliyini əldə etməklə sözsüz ki, 11 faizin də böyük hissəsi yenə Azərbaycana və Türk Dünyasına qayıdacaq.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) müstəqil Azərbaycanımızın uğurlarına sevinir və bu uğurlar münasibətilə Azərbaycan türk millətini təbrik edir.

Mikayıl Oyta

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri

www.gadtb.com     info@gadtb.com            Thursday, 17 August 2018

Həmçinin yoxlayın

“Twitter” Rusiya, İran və Ermənistan ilə bağlı 373 hesab ləğv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Twitter” Rusiya, İran və Ermənistan ilə bağlı 373 …

“L’Humanite”dən başlayan planlı Qarabağ münaqişəsi: ilk addım, ilk şəhidlər, son deportasiya – 33 il

GADTB: Bəlkə də tək mən belə düşünürəm, bilmirəm. 100 il idi ki, münaqişə korun-korun yanırdı. …

Bir cavab yazın