Şənbə , Fevral 27 2021
azfa

GADTB-nin idarə heyətindən cənab Mikayıl Oyta və Sima xanım türk konsulun anım məraiminə qatılıblar-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, Avstraliya Azərbaycan Assosasiyasının sədri, GADTB-nin xarici əlaqələr departamentinin sədri Mikayıl Oyta və GADTB-nin Maliyyə departamentinin sədri Sima xanım Avstraliyanın Sidney şəhərində ermənilərin 1980-cı ildə terror etdiyi Türkiyə Baş konsulu Şarık Ariyak və mühafizəçisi ataşe Engin Severin şərəfinə təşkil edilən xatirə mərasiminə qatılıblar.

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata gör, bu gün Avstraliyanın Sidney şəhərindəki Türkiyənin baş konsulluğunda, 17 dekabr 1980-ci ildə bir erməni terror təşkilatının iki silahlısı tərəfindən terror edilən sabiq Türkiyə Baş konsulu Şarık Ariyak və mühafizəçisi ataşe Engin Severin şərəfinə xatirə mərasimi təşkil edildi. Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Mikayıl Oyta bu tədbirdə iştirak edərək, aşağıdakı bəyanatla çıxış edib:

“Bu gün biz Türkiyə Baş konsulu Şarık Ariyak və mühafizəçisi ataşe Engin Severə qarşı təşkil edilmiş terrorla bağlı böyük Türk cəmiyyətinin hiss etdiyi ümumi kədəri ifadə edirik.

Biz bu terror aktını törətmiş erməni terror təşkilatlarını qınayırıq. Biz bilirik ki, 1992-cü ildə Xocalıda azərbaycanlılara qarşı, eyni zamanda insanlığa qarşı cinayət törətmiş şəxslər bu terrorçularla eynidir. Təəssüf ki, həmin terrorçular bu cinayətlərə görə məsuliyyətə cəlb edilməmiş və biz bunun Avstraliya xalqının təhlükəsizliyi üçün vacib olduğuna inanırıq. Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Təşkilatı bu məsələnin ədalətli həlli üçün bu terrorçuların ələ keçirilməsi məqsədi ilə araşdırmasını davam etdirir.

Erməni silahlılarının aqressiyalarını dünyanını digər tərəfindən gətirərək, Avstraliya torpaqlarında da terror aktları törətmələri qəbul edilməzdir. Onlar Türk diplomatlarını və Avstraliya ictimaiyyətini təhqir etmək üçün Avstraliya cəmiyyətinin təhlükəsizliyini təhlükə altına aldılar.

Cənab Ariyak və cənab Severin ailələrinə və Türk Avstraliya cəmiyyətinə dərin hüznlə başsağlığı diləyirəm.

Ümid edirəm ki, bu məsələdə ədalət öz yerini tapar.

Ən xoş arzularımla

Mikayel Oyta

Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri

 

 

Today the Turkish Consulate General based in Sydney Australia hosted a memorial service in honour of the former Turkish Consulate General Mr Sharik Ariyak and his bodyguard Ateshe Engin Sever who were assassinated on 17 December 1980 by two gunmen from an Armenian terrorist organisation.

The Australian Azerbaijanian Association representative attended this event and make the following statement:

Today we express the unified sorrow felt by the wider Turkic community in regards to the assassination of the Turkish Consulate General Mr Sharik Ariak and his bodyguard Ateshe Engin Sever.

We condemn the Armenian terrorist organisations who were involved in this act of terror. We believe that the organisation responsible are the same who have committed crimes against humanity against the Azerbaijanians at Khojali in 1993. Unfortunately the terrorists responsible have not been charged with this crime and we believe it is important for the safety and security of the Australian people that the Australian Security Intelligence Organisation continues investigating this matter with the view of bringing justice to this act of terrorism.

It is unacceptable that the Armenian gunmen brought their concerns from the other side of the world and committed acts of terror on Australian land. They risked the safety of the Australian community to terrorise Turkish diplomats and the Australian community.

I send my deepest condolences to the families of Mr Ariyak and Mr Sever and the Turkish Australian community.

I hope justice is brought to this matter.

With best regards

Mikayel Oyta

Australian Azerbaijanian Association Inc.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Xeyrcu rejimin təhlükəsizlik idarəsinə çağrılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Əli Xeyrcu irqçi fars rejimin …

İran PKK/PJAK terror qruplaşmasından Azərbaycana qarşı istifadə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi PKK/PJAK terror qruplaşmasından istifadə etməklə Azərbaycana …

Bir cavab yazın