Cümə axşamı , İyun 25 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadənin 8 mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik mesajı

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə 8 mart- Beynəlxalq Qadınlar Günü münasibətilə güneyli- quzeyli Azərbaycan və Türk Dünyasının xanımlarına təbrik mesajı ünvanlayıb.

Sayın Əjdər bəyin 8 Martla bağlı təbrik mesajının bir hissəsində deyilir: “Tarixən Türk dövlətlərində qadınlara yüksək dəyər verilib və xanımların hüququ qorunmaqla onların yüksək ictimai mövqeyi olmuşdur. Türk xanımı tarix boyu hər zaman çox böyük sayğı və ehtiramla anılmışdır. Türk xaqanları qadınlarını “O da mənim xanım və bəyim” deyə tanıdarmışlar. Bu da Türk Dünyasında türk xanımının yüksək ictimai mövqeyinin göstəricisidir.

Arxeoloji qazıntılar zamanı da Türk Dünyası və Azərbaycan ərazisindən tapılan Son Tunc və Erkən Dəmir dövrünə aid yüzlərlə silahlı qadın qəbirləri türk qadınlarının tarixdəki rolunu göstərir. Türk cəmiyyətinin təxminən yarısını təşkil edən xanımlar tarix boyu igid oğullar tərbiyə etməklə yanaşı, həm də türk kişisi ilə çiyin-çiyinə türk cəmiyyətinin inkişafında fəal iştirak etmişdir. Bu gün Güney Azərbaycanın istiqlal mücadiləsində də xanımların çox böyük rolunun olması təsadüfi deyildir.

Türk xanımı bu gün Azərbaycan Türk Millətinin hüquqları və müstəqilliyi uğrunda mübarizə aparmaqla yanaşı İran adlanan yerdə məhdudlaşdırılmış ən adi hüquqlarını əldə etmək uğrunda da mübarizə aparmağa məcbur olmuşdur. Xanımlarımıza bu müqəddəs mücadiləmizdə uğurlar diləməklə, bütün türk qadınlarını, o cümlədən Azərbaycan xanımlarını və işğalçı İran əsarətinə qarşı vətənimizin müstəqilliyi uğrunda mübarizə aparan bütün xanımlarımızı Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

Əziz xanımlae bayramınız mübarək!

 Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı”

Həmçinin yoxlayın

İran və Ermənistan yeni ticarət və tranzit marşrutlarını müzakirə edib

GADTB: Dünən İrəvanda Ermənistan İqtisadiyyat Nazirliyində İran və Ermənistan rəsmilərinin iştirakı ilə iki ölkə arasında …

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …