Güney Azərbaycan şəhərlərində milli şüarlar səsləndirilib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy, Sulduz və Makı şəhərlərində keçirilən futzal yarışında azərbaycanlı tamaşaçılar milli şüarlar səsləndiriblər.

Azərbaycanlı tamaşaçılar Xoyda “Nə mutlu türkəm deyənə”, “Azərbaycan – Azərbaycan”, Sulduzda isə “Azərbaycan var lsun, istəməyən kor olsun” və s. şüarlar səsləndiriblər.

Güney Azərbaycanın Makı şəhərində isə keçirilən yarışda qadın və qızların stadion və idman zallarına buraxılmamasına etiraz olaraq azərbaycanlı tamaşaçılar “Azərbaycan qızları, göylərin ulduzları” şüarını səsləndiriblər.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …