Çərşənbə axşamı , Mart 10 2026
azfa

Güney Azərbaycanda “Aydınlıq” öyrənci nəşri işıq üzü görüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya Universitetində “Aydınlıq” ictimai-siyasi, mədəni və ədəbi nəşrinin birinci sayı yayılıb. Azərbaycan türkcəsi və fars dilində çap olunan dərgi şəhid Qazi Təbatəbayi texniki fənlər fakultetininin öyrənciləri tərəfindən hazırlanıb.

Hələlik 10 səhifədən ibarət olan dərgidə aşağıdakı mövzulardan bəhs olunur:

–        Çillə gecəsi, sevgi nəğməsi

–        “Urmu” adı Qərbi Azərbaycan mərkəzinin həqiqi kimliyinin göstərgəsi

–        Əliağa Vahid

–        Gözəlim

–        Urmu gölünün dirilməsi üçün nə etməliyik?

–        Azərbaycanın vəziyyəti Ciloluq faciələrində

–        Bağçaban, karlar üçün yaradılan birinci məktəbin qurucusu…

–        Ustad Müəzzinzadənin yaşayışına qısa bir baxış

–        Urmiyə Asiyanın voleybol paytaxtı

Qeyd edək ki, İran adlanan ölkə Azərbaycan türkcəsində nəşr edilən dərgiləri himayə etmir və hətta onlara qarşı qəddarcasına yanaşır. Lakin azərbaycanlı öyrəncilər öz vəsaiti hesabına Azərbaycan həqiqətlərini əks etdirən dərgilər nəşr etməyə çalışırlar.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın