Çərşənbə axşamı , May 19 2026
azfa

Güney Azərbaycanda tarixi Zunuzağ kəndini əhalisi etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda yerləşən tarixi Zunuzağ kəndini əhalisi travertin mədəninin işlənməsi adı altında kəndin dağıdılmasına etiraz edir.

Əhali hər gün mədənin önünə toplaşaraq şirkətin fəaliyyətinin dayandırılmasını tələb edir. Əhali kənd təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edən ərazidəki bulağın şirkətin fəaliyyəti nəticəsində zəhərlənməsindən narahatdırlar.

Qeyd edək ki, mədəni işləyən şirkət travertin mədənində ötən illərdə fəaliyyətə başlayıb və bir müddət sonra isə işlər dayandırılıb. Mədəndə iş getdiyi zaman kənd təsərrüfatında istifadə olunan su çirkləndiyi üçün kənd əhalisinin kəskin etirazı ilə qarşılanmışdır.

Mədəndə bu il iyunun 9-da işlərə yenidən başlanılıb. Bundan sonra yerli əhali etiraza başlayıb.

Zenuzağ kəndinin yaxınlığında yerləşən bulaq uzun illərdir ki, əkinçilik və bağbanlıqda istifadə olunan suyun yeganə mənbəyidir. Mədənin işlənməsi ilə kəndin su resursunun zəhərlənməsi bildirilir.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …

Bir cavab yazın