Çərşənbə , İyun 10 2026
azfa

Güney Azərbaycandan olan idmançı Azərbaycan səfirliyinə terror hücumunu pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani ölkə idmançılarına çağırış edib.

28 yaşlı pəhləvan şəxsi İnstaqram səhifəsində paylaşım edərək, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib.

“Azərbaycan səfirliyinə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram! Şübhəsiz ki, bu hücum cəzasız qalmayacaq”, – sözlərini yazan Nəzəriani bütün Azərbaycan idmançılarını bayraqla olan şəkillərini paylaşaraq, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıb.

O, fikirlərini Bəxtiyar Vahabzadənin “Bayraq” şeirindən bu misralarla tamamlayıb:

Bayraq mənliyimdir, bayraq kimliyim

Bayraq öz yurduma öz hakimliyim!

Qeyd edək ki, əslən Cənubi Azərbaycanın Urmiya şəhərindən olan Oyan Nəzəriani 2019-cu ildə çimərlik güləşi üzrə dünya çempionu titulunu qazanıb.

Həmçinin yoxlayın

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …

ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

GADTB: “The New York Times” qəzeti xəbər verir ki, ABŞ və İran nüvə sazişi danışıqları …