Cümə axşamı , İyun 25 2026
azfa

Güney Azərbaycanın Xoy şəhəri ilə Konya şəhəri qardaş şəhər elan edilir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, iki şəhərin qardaşlaşmasına səbəb bu şəhərlərin ortaq mədəni dəyərləri, Xoyda Şəms Təbrizinin məqbərəsinin olması, Konyada isə Mövlananın məqbərəsinin olmasıdır. Bu sözləri Qərbi Azərbaycanın Mədəni İrs, Əl Sənayesi və Turizm İdarəsinin direktoru Cəlil Cəbbarı deyib.

Onun sözlərinə görə, bu qərar Türkiyə ilə İran adlanan ölkənin mədəniyyət nazirlərinin görüşündə verilib. Xoy və Konya şəhərlərinin qardaşlaşmasına dair layihənin isə Xoyun Şəhər Şurasına göndərildiyi qeyd edilir.

Xoy şəhəri ilə Konya şəhərinin qardaş şəhər elan olması üçün ilk addımların hələ 2008-ci ildə Xoyla Konya arasında mədəni və dostluq körpüsü mərasiminin keçirilməsi və Mövlananın 22-ci nəvəsi Əsin Çələbinin Şəmsin məqbərəsində Xoyun fəxri vətəndaşı seçilməsi dövrünə təsadüf etdiyi bildirilir.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin anım tədbirində çıxış edib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Tramp: Tehran Hörmüz boğazından keçən gəmilərdən pul alsa, danışıqlar dərhal başa çatacaq

GADTB: ABŞ prezidenti Donald Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bildirib ki, İran İslam Respublikası …

Bir cavab yazın